2023-cü ildə dünyanı nələr gözləyir? - ŞOK PROQNOZLAR

2023-cü ildə dünyanı nələr gözləyir? - ŞOK PROQNOZLAR

Sfera.az modern.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov növbəti illə bağlı gözləntilərini açıqlayıb.

 

İlk olaraq infilyasiyadan başlayaq:

 

• İnfilyasiya davam edəcək. 2023-cü ildə infilyasiyanın artım sürəti azalsa da, 2024-cü ilin ikinci rübünə qədər artım davam edəcək.

 

• Laboratoriyalarda yetişdirilən ət bəzi ölkələrdə satışa çıxarılacaq.

 

• Dünya bazarlarında neftin qiymətində dalğalanmalar yenə də olacaq. Amma ortalanma qiymət bu ildəkindən yuxarı olacaq. Müəyyən müddətdə isə 120 dolları ötəcək, hətta 130-a çatma ehtimalı da istisna deyil.

 

• Qızılın qiymətində artımlar olacaq. Çünki FES-nin bahalı dollar siyasətində yumşalmalara getməsi qızılın qiymətində artımlara səbəb olacaq.

 

• 2023-də geoiqtisadiyyat dövrü gəlib çatacaq. Çin və Qərbin yeni mübarizə formatına keçməsi diplomatiya, geosiyasət və iqtisadiyyatı mürəkkəb döyüş meydanında birləşdirəcək.

 

• İnkişaf etməkdə olan dövlətlər, nəhayət, ABŞ, Avropa və Yaponiyanın istədiyi kimi bütün addımları atmayacaq və mövcud dünya nizamını yıxacaqlar.

 

• Beynəlxalq ticarətdə əməliyyatların 1/3-dən çoxu dollarla aparılır, eyni zamanda dünya valyuta ehtiyatlarının 60%-i dollarda saxlanılır. ABŞ dünyanın əsas ehtiyat valyutasının emitenti kimi qlobal maliyyə sahəsində hegomonluğunu hələ qarşıdakı illərdə də saxlayacaq.

 

• Çin qlobal ticarətə və siyasətə daha çox təsir göstərməyə çalışacaq. Amma ABŞ-dan başqa Hindistanın da iqtisadi cəhətdən güclənməsi onun problemlərini artıracaq. Eyni zamanda Himalay dağlarında Hindistan-Çin gərginliyinin artma ehtimalı var.

 

• Dünya ölkələri infilyasiya ilə mübarizəyə görə uçot dərəcələrini kəskin artırmaq siyasətində nisbətən yumşaldılmaya gedəcəklər. Bu da iqtisadiyyatın daralmasının qarşısını almağa kömək edəcək.

 

• Qlobal ÜDM artımı 1.2% -1.5% ətrafında olacaq.

 

• ABŞ infilyasiyaya qarşı mübarizəyə görə kredit-monetar siyasətini sərtləşdirdiyi üçün onun iqtisadiyyatının 2023-cü il üçün artım proqnozunu 0,5%-dən çox olmasını gözləmək doğru deyil.

 

• Çinin 2023-cü ildə iqtisadi artımi 4%-dən yüksək olacaq.

 

• Rusiya hərbi siyasi arenada olduğu kimi iqtisadi cəhətdən çökməyə davam edəcək. Müharibənin növbəti ilin sonuna qədər davam etmə ehtimalı çox böyükdür.

 

• Qərbin dəstəyi Ukraynanı qalib edənə qədər Türkiyə beynəlxalq aləmdə nüfuzunu və günü daha artırmağa çalışacaq. Çünki, əks halda Rusiya üzərində istəyinə nail olan Qərb Rusiya- Ukrayna modelini Türkiyə-Yunanıstan münasibətlərinə tətbiq edə bilər.

 

• İranın parçalanmasını Qərb, ABŞ və Çin istəmir. Qlobal güclər bu dövlətdə rejimin dəyişməsini, iqtidara idarə edə bildikləri qüvvələrin gəlməsini istəyirlər. 2023-cü ildə də bu proses davam edəcək və molla rejimi ciddi islahatlara gedəcək.

 

• Avropanın iqtisadi həyatında vəziyyət o qədər də yaxşı olmayacaq. Ukraynadan qaçqın axınının və müdafiə xərclərinin artması Avropada dövlət xərclərinin artımına səbəb olacaq. Bu da Avropa ÜDM-nə mənfi təsir edəcək.

 

• 2023-cü ildə müdafiə xərcləri, bərpa işləri və yaşıl enerji keçidinə investisiyalar artacaq.

 

• Əvvəlki illərdən fəqli olaraq qloballaşma meylləri azalacaq. Dünya iqtisadiyyatı "müharibə iqtisadiyyatı" rejiminə keçəcək və milli iqtisadi faydalar qloballaşmadan daha önə çıxacaq. Bu da "Qloballaşma ideologiyası"nı sarsıdacaq.

 

• Ənənəvi enerjinin ekoloji cəhətdən təmiz olmaması, alternativ enerjinin isə həm baha, həm də etibarsız olması dünya iqtisadiyyatının 2023-cü ildə qayğılarından biri olacaq.

 

• Ümumdünya Səhiyyə Təşkilatı öz mövcudluğunun vacib olmasını göstərmək üçün COV1D-19 pandemiyasının başa çatdığını və təhlükəsiz həyatın başladığını elan etməyəcək. Müddətlər uzaldılacaq.

 

• Dünyanın bir çox ölkələri dollardan asılılığını azaltmaq üçün yeni ehtiyat valyutadan istifadə etməklə bağlı bircə cəhd göstərəcəklər. Amma bu yaxın bir neçə ildə mümkün olmayacaq.

 

• Türkiyə dünyanın qlobal qərarları verən 5 ölkəsindən biri olmaq istiqamətində ciddi irəliləyişlər edəcək.

 

• Regionda Azərbaycan-Türkiyə münasibətləri daha da güclənək, Türk dünyasının vahid inteqrasiyası planları növbəti mərhələyə qədəm qoyacaq.

 

• İlin sonuna kimi müharibə bitməsə belə özünün köz dövrünü yaşayacaq.


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...