42 yaşlı arvadını öldürən şəxs tutuldu

Kriminal
20:04 / 25.12.2022
13976
Dekabrın 14 - ü həyat yoldaşını bıçaqlayan və sonra hadisə yerindən uzaqlaşan Gəncə sakini polis tərəfindən saxlanılıb.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq mühafizə orqanı əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, o, mübahisə zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə təqsirli bilinir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.