Hind filmlərinə qadağa
14:27 / 30.09.2016
1906
Pakistanla Hindistan arasında münasibətlər son günlər gərginləşib. Buna səbəb Kəşmirdəki sərhəd məntəqələrində baş silahlı insidentlərdir. Nəticədə hər iki tərəfdən bir neçə hərbçi ölüb və yaralanıb.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iki ölkə arasındakı gərginlik film sektoruna da təsir edib. Belə ki, Pakistandakı bir neçə kinoteatr hind filmlərini nümayiş etdirməkdən imtina ediblər. Onlar bunu Pakistan ordusuna həmrəy olduqlarını göstərmək üçün etdiklərini bildiriblər.