Podolyakdan ÇAĞIRIŞ: “İranın hərbi zavodları məhv edilsin”

Dünya
14:23 / 25.12.2022
10795
İrana qarşı “bir işə yaramayan sanksiyalardan” imtina etmək, əvəzində bu ölkənin silah istehsalını məhv etmək və onların təchizatçılarını həbs etmək lazımdır.
Sfera.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak səsləndirib.
Onun sözlərinə görə, Rusiyaya silah tədarükünün həcmini artırmağı planlaşdıran İran “beynəlxalq sanksiyalar institutunu açıq-aşkar alçaldır”.