Şəhid ailələrinə ev verildi

Şəhid ailələrinə ev verildi
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Astara rayonunda inşa etdirilmiş 4 ədəd fərdi yaşayış evi şəhid ailələrinin istifadəsinə verilib.
 
ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə, evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Astara rayon İcra Hakimiyyətinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev diqqətə çatdırıb ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ildə də respublikanın müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər qeyd olunan insanların istifadəsinə verilib. Bu ilin ötən dövründə artıq 241 nəfərin, o cümlədən 152 nəfər Qarabağ müharibəsi əlilinin, 89 şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.
 
Tədbirdə bildirilib ki, şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar ki, 2007-ci ilin əvvəlindən təyin olunan bu təqaüdlərin məbləği ötən müddətdə 2,2 dəfə artırılıb. Bununla yanaşı, şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət ödənilir, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə isə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Yaşa görə əmək pensiyası təyin olunmuş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə hesablanır. Əmək və məşğulluq sahəsində qanunvericilikdə şəhid ailələrinin üzvləri üçün bir sıra güzəşt və imtiyazlar da müəyyən olunub.
 
Şəhid ailələrinin üzvləri də onların sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması istiqamətində aparılan işlərlə bağlı minnətdarlıqlarını ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...