52 yaşlı qadın dəm qazından zəhərləndi

Hadisə
10:52 / 25.12.2022
8272
Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
1970-ci il təvəllüdlü Ziyafət Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 52 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.