Mahir Emreli "Dinamo Zaqreb"i bu Türkiyə klubuna dəyişir

Mahir Emreli

Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Dinamo Zaqreb"dən ayrılıb Türkiyə klubuna keçəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə tanınan jurnalist və futbol mütəxəssisi Fuad Ələkbərov özünün sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbə klubun adını çəkməsə də, Xorvatiya mətbuatı bunun "Antalyaspor" olduğunu iddia edir.

 

Bu baş versə, Emrelinin "Dinamo"da çıxışı cəmi 11 ay çəkəcək. O, bu ilin fevralında "Legiya"dan Zaqreb klubuna keçib. 25 yaşlı hücumçu bu mövsüm "Dinamo"nun heyətində cəmi 233 dəqiqə meydanda olub. O, liqada üç qol vurub. Ümumilikdə 11 ayda “Dinamo”da 20 oyun keçirib və 5 qol vurub. 

 

Emrelinin "Dinamo" ilə 2026-cı ilə qədər müqaviləsi var və "Transfermarkt" onun dəyərini bir milyon avro göstərir. 

 

fanat.az


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...