Gürcüstanda neft ehtiyatları aşkarlandı

Dünya
10:01 / 25.12.2022
8216
Gürcüstanın şərqində neft ehtiyatları aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın “Block Energy” neft şirkəti məlumat yayıb.
Bildirilib ki,Gürcüstanın Patardzeuli kəndi yaxınlığında neft ehtiyatları aşkar olunub. İlkin məlumata görə, yeni aşkar olunan yataqda neft hasilatı sutkada 45 barel təşkil edir.
Məlumat üçün bildirək ki, indiyədək Gürcüstanda böyük neft və qaz yataqları aşkar olunmayıb.