"Taliban"dan qadınlara qarşı daha bir ŞOK QADAĞA

"Taliban" tərəfindən təmsil olunan Əfqanıstan hakimiyyəti geyim qaydaları ilə bağlı ciddi şikayətlərdən sonra bütün milli və beynəlxalq qeyri-hökumət təşkilatlarına (QHT) qadın işçilərini işdən uzaqlaşdırmağı əmr edib.
Sfera.az xəbər verir ki, bu barədə AFP-yə Əfqanıstan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Hicabı taxma qaydalarına, eləcə də qadınların milli və beynəlxalq təşkilatlarda işləməsi ilə bağlı digər qayda və qanunlara əməl olunmaması ilə bağlı ciddi şikayətlər daxil olub", - bütün QHT-lərə göndərilən mesajda deyilir.
Qeyd olunur ki, sənəd Ali Təhsil Nazirliyinin rəhbərinin qadınların ali məktəblərə getməsinə qadağa qoymasından bir həftə keçməmiş gəlib.
2021-ci ilin avqustundan Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" qadınlara qarşı ciddi məhdudiyyətlər tətbiq edir. (publika.az)