Türkiyədə 3200 illik Mesopotamiyaya aid ətir aşkar edildi

Türkiyədə 3200 illik Mesopotamiyaya aid ətir aşkar edildi

Türkiyədə bir qrup ətriyyatçı 3200 il əvvəl hazırlanmış və sivilizasiyanın beşiyi kimi tanınan yerdə yaranan ətri canlandırıb.
 

Sfera.az bildirir ki, ətirçilər endemik bitkilərdən istifadə edilən qədim Mesopotamiyaya aid ətir formulunu təkrarlamağa çalışıb.
 

Qeyd edək ki, Türkiyədə Mesopotamiya ətirlərinin belə sərgisi artıq ikinci dəfədir keçirilir. Birincisi bu ilin əvvəlində Türkiyənin Şanlıurfa şəhərində baş tutub. Diyarbəkir qədim zamanlarda qoxu və buxur mədəniyyətinin çiçəkləndiyi nadir yerlərdən biridir.
 

Diyarbəkir vilayətinin valisi Efkan Alanın sözlərinə görə, proqramda ətriyyatçılar və ətir mütəxəssisləri iştirak edib. Sərgidə min illik ətir şüşələrinin rekonstruksiyaları nümayiş etdirildiib və ziyarətçilərə qədim Mesopotamiya ətirlərinin nümunəsi də təqdim olunub.
 

Yuxarı Mesopotamiya bölgəsində yaranan bitkilərdən hazırlanan ətir Mesopotamiya taxıl və yazı ilahəsinin şərəfinə Nisaba adlandırılıb. Nisaba adı yazılı mənbələrdə çəkilən ən qədim Şumer ilahələrindən biridir. O, Köhnə Babil dövründən sonra yerini yeni katib-tanrı və müdriklik hamisi Nabuya versə də, onun adı qədim Mesopotamiya yazılarında çəkilməyə davam edib.
 

Layihə ilə əlaqəli aparıcı ətriyyatçılar və ətir mütəxəssislərindən biri Bihter Türkan Ergülün sözlərinə görə, taxıl torpaqdan gəldiyi üçün ətri “Mesopotamian Nisaba – taxıl, torpaq və bilik ilahəsi” adlandırıblar.


Diyarbəkir Mesopotamiya hövzəsində yerləşir. Burada bir çox qədim sivilizasiyalar, xüsusən Şumer, Assur, Babil və Hetit sivilizasiyaları yaşayıb. O, həm də buxur istehsalı üçün əsas mərkəz, Hindistan və Ərəbistanı Mesopotamiya, Suriya, İsrail, Misir, Yunanıstan və Roma ilə birləşdirən qədim ətir ticarəti yolları boyunca ətir tacirləri üçün dayanacaq rolu oynayıb.


Qədim Mesopotamiya ətirləri xüsusi şüşə və keramika qablarına tökülürdü. Sərgidə Diyarbəkir və Mardin şəhərləri arasındakı 3000 illik Zerzevan qalası ərazisində aparılan qazıntılar zamanı tapılan aromatik şüşə və qabların rekonstruksiyaları təqdim olunub. Bura həmçinin bir vaxtlar Roma İmperiyasının yaşayış məntəqəsi olub.
 

Köhnə ətirdən müasir bir görünüş

Açıklama yok.
 

Layihə ətirlərin istehsalı üçün istifadə edilən dəqiq qədim proseslərə dair bir çox tədqiqatları əhatə edirb. Onlar sonradan laboratoriya texnologiyalarına uyğunlaşdırılıb. Mesopotamiya ətirlərinin hazırlandığı bitkiləri müəyyən etmək də olduqca çətin iş olub.
 

Ətir şüşələrinin reproduksiyası komandanın nəzərə almalı olduğu digər mühüm nüans olub. Arxeoloqların fikrincə, onlar orijinalların dəqiq surətlərini çıxarıb, Mesopotamiya və Anadoluya həsr olunmuş sərgi açıblar.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR