Hollivudun heç vaxt üstü açılmayan ən dəhşətli real filmi - FOTOLAR
Qəbul etdiyi ən sadə qərar belə bəzən insan həyatına baha başa gələ bilər.
Məşhur prodüser Phil Spectorun bir gecəlik qaçışının nə ilə bağlı olduğunu oxuduqca bəlkə də ətiniz ürpənəcək.
Sfera.az Holliwood tarixinin heç vaxt təfərrüatları açıqlanmayan qəribə cinayəti haqqında yazı təqdim edir.
O, bütün zamanların ən məşhur musiqi prodüserlərindən biri olan Fil Spector idi. Karyerasında o qədər uğurlu idi ki, hətta Grammy mükafatı da qazannışdı.
Lakin onun həyatı heç gözləmədiyi şəkildə bir gecədə dəyişdi.
2003-cü il: Fil dostları ilə başını qatmaq üçün gecə klubuna gedir. Orada Lana adlı gözəl bir qadınla tanış olur.
Lana da Fil kimi məşhur idi. Lakin onun ulduzu sönəndən xeyli müddət keçmişdi. O, həm aktyorluq, həm də modellik edirdi, əvvəlki şöhrətini qaytarmaq planları var idi.
İkisi söhbətlərini evdə davam etdirmək istədilər və Filin limuzininə minib yola düşürlər. Bir müddət sonra onlar Filin 40 mil uzaqlıqdakı 33 otaqlı “kiçik qalasına”gəlir.
Hər şey yaxşı idi. Ola bilsin ki, onlar bir gecəlik əyləncəyə gəlmişdilər. Sürücüsü Adriana de Souza evin qarşısında limuzində gözləyirdi. Daha sonra güllə səsi eşidib qorxur və maşından düşür.
Sürücü müdiri Filin qanlı əllərinə baxanda Fil bircə cümləni çətinliklə mırıldana bilib: “Deyəsən, kimisə öldürmüşəm”.
Sürücü şoka düşüb, dərhal təcili yardım çağırır.
Polis və təcili yardım gələndə inanılmaz mənzərə ilə qarşılaşıblar!
Evin hər tərəfi qan içində idi. Fil bu qanı təmizləməyə çalışırdı. Lananın cəsədi stulda uzanmışdı. O ağzından vurulmuşdu.
"Bu, təsadüfən baş verdi"-deyə bildi gələn polis məmurlarına.
Daha sonra həbs edilən Fil tam 1 milyon dollar girov ödəyib və sərbəst buraxılıb.
Onun mühakiməsi məhkəməyə qədər davam edəcəkdi. O vaxt Fil mətbuata çox iddialı müsahibələr verirdi.
“O, həmin silahla özünü vurdu. Niyə belə etdiyini bilmirəm. Mən onu əvvəllər heç tanımırdım, hətta o gecəyə qədər də görməmişdim. Bizdən evə getməyimizi istədi. Balaca qalamı (villa) görmək istədiyini söylədi. İçkili idi, qışqırırdı. O, evdəki bardan bir şüşə tekila alıb, onu da içib. Mən sərxoş deyildim, heç də yox! Heç bir səbəb olmadan qəfil özünü öldürdü. Mən səhv bir şey etməmişəm, etsəydim, burada sizə bu müsahibəni verməzdim. Həbsxanada çürüyəcəkdim”.
Proses hələ də davam edirdi və Fil belə böyük bir ittihamdan yaxa qurtaracağını düşünməklə yanılmışdı.
Hollivudun ən yaxşı vəkilləri Fili müdafiə edib, dəfələrlə bu qətlin planlaşdırılmadığını bildiriblər. Filin dediyinə görə, Lana tapançanı haradan tapıbsa, götürüb və nədənsə tapança tutarkən partlayıb. Tapança düz onun üzündə partlayıb. Hər şey qəza idi. Bu "kiçik qəza" Lananın həyatı bahasına başa gəlib.
İstintaqda şahid qismində iştirak edən keçmiş sevgililəri Filin zahiri görünüşünə görə həddindən artıq etibarsız olduğunu bildiriblər.
Onlardan biri hətta Filin qadınlara cin kimi baxdığını iddia edirdi. Yenə həmin ifadə verən qadın dəfələrlə həmin lülənin ucundan qaçdığını iddialarına əlavə edib.
Həm hakim, həm də münsiflər heyəti hər bir detalı diqqətlə dinləyir; lakin qərar qəbul etmə mərhələsi getdikcə çətinləşirdi.
Fil isə qatil şübhəlisi kimi qatıldığı hər məhkəmə prosesində fərqli parik taxıb və təkcə baş verənlərlə deyil, həm də üslubu ilə xəbərlərin mövzusu olub.
Həmin gecə baş verənlər heç vaxt tam aydınlaşdırılmadı.
İndi cəzasını çəkən Filin şərti azadlığa buraxılma günü gələndə 88 yaşı olacaq.
Filin şərti azadlığa buraxılma günü gələndə 88 yaşı olacaqdı.
Ancaq o gecə baş verənlər həmişə böyük bir sirr olaraq qalacaq.
Aynil