Şahzadə Diananın xaçı hərraca çıxarılacaq - FOTO

Şahzadə Diananın xaçı hərraca çıxarılacaq - FOTO

Şahzadə Diananın 1987-ci ildə xeyriyyə tədbiri zamanı taxdığı məşhur qotik xaç bir ay sonra “Sotheby's” tərəfindən hərraca çıxarılacaq.
 

Sfera.az bildirir ki, xaçın qiyməti 12.000 azn-dən başlayır.
 

Bəzək əşyası ametist, brilyant və qızıldan hazırlanmış "Attalla xaçı" adlanır və maraqlı odur ki, bu xaç Dianaya aid deyil.


O, kral ailəsi üçün çoxlu zinət əşyaları hazırlayan “Asprey və Garrard” zərgərlik şirkətinin keçmiş müdiri Naeem Attallaha məxsus idi. Bir vaxtlar brendin zərgərləri Diananın Şahzadə Çarlzla toyu üçün Spencer ailəsinin tacını və onun məşhur sapfir nişan üzüyünü yenidən düzəldiblər ki, bu da hazırda Keyt Middltona məxsusdur.


Açıklama yok.

Naim və Diana dost idilər, buna görə də Naim tez-tez tədbirlər üçün Dianaya göz oxşayan bəzək əşyası verirdi.


Şahzadə Diana 1987-ci ildə himayədarı olduğu bir çox xeyriyyə təşkilatlarından biri olan “Garrard for Birthright Charity Ball”da Ketrin Uokerin Elizabeth libası ilə birlikdə xaç taxıb. Daha sonra media Diananın sıçrayış yaratdığını, pərəstişkarlarının isə bunu alqışladığını yazıb.
 

Xaç Dianadan başqa heç vaxt heç kim tərəfindən taxılmayıb və Naimin ölümündən sonra oğlu Ramzeyə məxsus olub. Ramzey xatirələrində deyirdi:


Açıklama yok.

 

“Şahzadə Diana və atam dost idilər və xatırlayıram ki, Diana tez-tez atamı Regent küçəsindəki tarixi Garrard mağazasına görməyə gəlirdi. Diana onun ofisində bir neçə dəfə xaç götürüb. O, bu bəzək əşyasını çox bəyənmişdi”.


“Sotheby's” Christian Spoffort bu barədə danışarkən: "Mərhum Şahzadə Dianaya məxsus və ya onun taxdığı zinət əşyalarına bazarda çox nadir hallarda rast gəlinir, xüsusən Attallah Xaçı kimi parçalar. Biz əminik ki, bu, 1920-ci illərin zərgərlik məmulatlarının belə müstəsna mənşəyə malik unikal parçasıdır. Heç vaxt taxılmayan yalnız şahzadənin özü geyindiyi çoxlu sayda əşya alıcının diqqətini çəkəcək”-deyib.
 

Xatırladaq ki, ötən günlərdə Keyt Middlton ABŞ-a səfəri zamanı “Marie of Tek”ə məxsus olan və şahzadə Diananın çox sevərək taxdığ möhtəşəm choker boyunbağıda görünüb.

 

Xanım

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu b...

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhə...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Milli H...

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   ...