Braziliya millisinin sabiq baş məşqçisi qarət edildi

İdman
18:32 / 24.12.2022
12777
Braziliya millisinin sabiq baş məşqçisi Tite Rio-de-Janeyroda qarət edilib.
Sfera.az xəbər verir ki, 61 yaşlı mütəxəssisin qızıl boyunbağısı oğurlanıb.
Titeni yaxından tanıyan cinayətkar bu əməli törədərkən yığmanın Qətərdə keçirilən dünya çempionatındakı uğursuz çıxışından şikayətlənib.
Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiyaya uduzaraq, mundialla vidalaşıb.
Turnir başa çatdıqdan sonra Tite baş məşqçi postunu tərk edib. (Report)