Noyabrda idxal buğdası BAHALAŞDIQİYMƏT

Noyabrda idxal buğdası BAHALAŞDI – QİYMƏT

2022-ci ilin noyabr ayında Azərbaycana idxal edilən buğdanın bir tonunun qiyməti 570,75 manat olub. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ay qeydə alınan qiymət oktyabrla müqayisədə qismən yüksəkdir. Azərbaycan oktyabrda buğdanın tonunu 569,15 manatdan almışdı. 


Son aylarda isə Azərbaycanın idxal etdiyi ərzaqlıq buğdanın dəyəri nəzərəçarpacaq dərəcədə enib. 


2022-ci ilin iyulunda idxal edilən ərzaqlıq buğdanın bir tonunun qiyməti 696,53 manat olduğu halda avqustda 628,78 manat, sentyabrda 596,24 manat olmuşdu. 


Azərbaycan buğdanı əsasən un istehsalı üçün idxal edir. 2022-ci ilin yanvar-noyabr ayları ərzində xaricdən 1,168 milyon ton buğda alınıb. Bu qədər buğdanın alışına 398 milyon dollar və ya bir ton buğdaya 340,8 dollar (579,36 manat) ödənilib. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...