Cəmi 26 manata Bakıya uçuş olacaq

Cəmi 26 manata Bakıya uçuş olacaq
 

Rusiyanın "Aeroflot" Şirkətlər Qrupuna daxil olan "Pobeda" aviaşirkəti (loukoster) Rostov-Don şəhərindən yeni beynəlxalq reyslər üzrə - Bakı (Azərbaycan) və Tbilisiyə (Gürcüstan) biletlərin satışına başlayıb. Sfera.az Report.az-a istinadən xəbər verir ki, şirkət yeni marşrutlar üzrə qış cədvəli üzrə biletlərin 30%-ni minimal tariflə - 999 rubla (təxminən 26 manat) təklif edilib. Bu məbləğə bütün rüsum və yığımlar daxildir. Qeyd edilir ki, "Pobeda"nın təyyarələri Rostov hava limanından Bakıya oktyabrın 30-dan etibarən həftədə 4 dəfə, Tbilisiyə isə 1 noyabr tarixindən həftədə 3 dəfə uçuşlar həyata keçirəcək. Aviaşirkət payızda Həştərxan, Volqoqrad, Vladiqafqaz və Nalçikə də reyslərə başlayır, Sankt-Peterburqdan uçuşların sayını isə iki dəfə artırmağı planlaşdırır. Bundan başqa, Yekaterinburqdan Krasnoyarsk və Novosibirska da reyslər açılacaq. Xatırladaq ki, bu ilin iyulunda "Pobeda"nın artıq payıza qədər Rostovdan Bakı, Yerevan, Tbilisi və Samaradan Almatıya bilet satışına başlayacağı haqqında xəbər yayılmışdır. Şirkətin istismarında "Boeing-737-800" (aviaparka 12 təyyarə daxildir, orta yaş - 1 il) tipli təyyarələr var.

OXŞAR XƏBƏRLƏR

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...