Hikmət Hacıyev: “Yolun blokada olunması ilə bağlı təbliğatı dayandırın!”

Hikmət Hacıyev: “Yolun blokada olunması ilə bağlı təbliğatı dayandırın!”

“Xankəndi yolu mülki və humanitar məqsədlər üçün açıqdır”.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev öz “Twitter” hesabında dinc etiraz aksiyası iştirakçılarının Xankəndi yolunu bağlamadıqlarına dair video paylaşıb.   

 

Videodan da göründüyü kimi, ekofəallar kənara çəkilir və Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının rahatlıqla keçə bilməsi üçün şərait yaradırlar.

 

“İrəvana gedən təcili tibbi yardım maşınları Şuşa-Xankəndi yolunun kəsişməsindən keçirlər. Yeni doğulan oğlan uşağı və onun hər iki valideyni İrəvana aparılıb. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. Yolun blokada olunması ilə bağlı təbliğatı dayandırın!!!” - deyə H.Hacıyev paylaşımında qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...