Evlərdə dini ayinlər keçirilməsi qadağan olundu

Evlərdə dini ayinlər keçirilməsi qadağan olundu

"Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir".
Sfera.az xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.
M.Qurbanlı əlavə edib ki, bütün dini tədbirlər məscidin içərisində və əhatəsində olmalıdır: "O cümlədən müxtəlif dini atributları da nümayiş etdirmək olmaz. Bu, yalnız məscidin daxilində olmalıdır. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Biz bu barədə geniş izahat işi aparmışıq. Şənbə günü bizim bölgə şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirəcəyik. Burada da yenə tapşırıqlar veriləcək. O cümlədən, gələn həftə şeyxülislam Allahşükür Paşazadə ilə Lənkərana birgə səfərimiz olacaq. Biz orada bu məsələləri bir daha müzakirə edəcəyik".
M.Qurbanlı qeyd edib ki, məhərrəmlik ayının keçirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası fətva verib: "Fətvada birmənalı göstərilib ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Eyni zamanda, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin tətbiq və təqdim etdiyi təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki ölkəmizdə QMİ-nin tərtib etdiyi təqvim məscidlərə aiddir. Məzhəbindən asılı olmayaraq, bütün məscidlər bu təqvimlərə əməl etməlidirlər. Komitənin yerlərdə olan şöbələri buna əməl edilməsi ilə əlaqədar monitorinqlər keçirəcəklər. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək".


OXŞAR XƏBƏRLƏR

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...