İslamabadda partlayış – Bir polis öldü, bir neçəsi yaralandı

İslamabadda partlayış – Bir polis öldü, bir neçəsi yaralandı

Pakistanın paytaxtı İslamabadda kamikadze maşının partladılması nəticəsində bir polis ölüb, bir neçə əməkdaş isə yaralanıb.

Sfera.az xəbər verir ki, İslamabad polisinin yaydığı məlumata görə, partladılan maşında bir qadın və bir kişi olub. Polis nəzarət-buraxılış məntəqəsində onları dayandırmağa çalışarkən avtomobil əmrə tabe olmayıb.

 

“Onlar maşını təqib edərkən, avtomobilin içindəki insanlar onu partladıblar.”,- deyə yayılan məlumatda bildirilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR