Neftimizin qiyməti 50 dollara qalxıb

Neftimizin qiyməti 50 dollara qalxıb

 

Hasilatla bağlı İraqın mövqeyində dəyişiklik isə dünya bazarında neftin qiymətlərini aşağı salır.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 3,15 dollar və yaxud 6,72% artıb.

  "AzeriLight” markalı neftin bir barelinin qiyməti 50,04 dollara bərabər olub.

"AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Bununla belə, dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar azalaraq 47,53 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,38 dollar azalaraq 48,86 dollar olub.

APA isə "Bloomberg” agentliyinə istinadən xəbər verir ki, neftin ucuzlaşmasına İraqın OPEC-in neft hasilatının bəyan olunmuş səviyyədə dondurmaqla bağlı razılıqdan imtina edə biləcəyi ilə bağlı xəbərlər səbəb olub. 

Belə ki, İraqın neft naziri Əli əl Luaibi deyib ki, rəsmi Bağdad neft hasilatına kvota tətbiq olunan zaman neft hasilatının hesablanması metodundan narazıdır. Onun sözlərinə görə, noyabr ayına qədər hesablama metodunda dəyişiklik olmasa, İraq bu razılaşmadan imtina edəcək.   

Qeyd edək ki, OPEC-in Əlcəzairdə keçirilən görüşündə təşkilat ölkələri neft hasilatının 33 milyon barel səviyyəsində dondurmaqla bağlı ilkin razılığa gəliblər. 

 


OXŞAR XƏBƏRLƏR

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...