Polis barəsində araşdırma BAŞLADILDI - 16 yaşlı qızın...

Polis barəsində araşdırma BAŞLADILDI - 16 yaşlı qızın...

Ucarda yetkinlik yaşına çatmayan qızın toyunda iştirak edən polis əməkdaşı ilə bağlı araşdırma aparılır. 

 

Sfera.az xəbər verir ki, toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub. Mərasimin görüntüləri sosial şəbəkələrdə yayılıb. 

 

Bildirilib ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.

 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

 

“Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


OXŞAR XƏBƏRLƏR