Dərmansızlıqdan 17 uşaq öldü
Dünya
11:24 / 30.09.2016
1713
Venesuelada lazımi dərman preparatlarının çatışmazlığı səbəbindən difteriyadan azı 17 uşaq ölüb.
Sfera.az APA-a istinadən xəbər verir ki, bu barədə parlamentin sağlamlıq məsələləri alt komitəsinin rəhbəri Xose Manuel Olivares bildirib.
"Bu epidemiyadır, hökumət isə susur, bizim vəzifəmiz isə həyəcan təbili çalmaqdır”, - deyə Olivares parlamentdə bildirib.
Onun sözlərinə görə, məhz lazımi dərman preparatlarının çatışmazlığı uşaqların ölümünə səbəb olub: "Difteriyanı adekvat şəkildə müalicə etmədikdə uşaqlar üçün ölümcül xəstəlikdir”.
Uşaqlar arasında difteriyadan ölüm halları, əsasən, Bolivar ştatının iki yaşayış məntəqəsində qeydə alınıb.