Tarixin ilk və ən məşhur siam əkizlərinin maraqlı hekayəsi - Çanq və Enq

Tarixin ilk və ən məşhur siam əkizlərinin maraqlı hekayəsi - Çanq və Enq

211 il əvvəl yaşamış tarixin ilk və ən məşhur siam əkizləri Çanq və Enq Bunkerin maraqlı və təəccüblü həyat hekayələri var.

 

Sfera.az məşhur siam əkizləri haqqında yazını təqdim edir.

 

 

Çanq və Enq Bunker qardaşları 1811-ci il mayın 11-də anadan olublar.

Çinli bir ata və yarı çinli, yarı malayziyalı ananın uşaqları o zamanlar adı Siam olan Tailandda doğulub və onlara "sağ" və "sol" adları verilib. Buna görə sonra doğulan bütün sonrakı bitişik əkizlərə “siam əkizləri” deyilib. Onların doğulması o dövrdə feodal cəmiyyətində olan Siamda sensasiyaya səbəb oldu. Mamaçaların əksəriyyəti lənətlənmək qorxusundan onlara toxunmaqdan imtina edib və kral əkizləri ölümə məhkum etdi. Lakin əkizlərin bəxti gətirdi və nə anaları onları tərk etdi, nə də kral öz qərarını həyata keçirdi. İndiki tibbi texnologiya ilə onları asanlıqla ayırmaq olardı, lakin təbii ki, o vaxtlar belə bir imkan yox idi.

Zamanla əkizlər birlikdə yaşadıqları bu həyata öyrəşdilər.

Onlar bir bədən kimi hərəkət etməyi, qaçmağı, tullanmağı və üzməyi öyrəndilər. Bu hərəkətlər aralarındakı 10 sm bağın 15 sm-ə qədər uzanmasına səbəb oldu. Atalarını gənc yaşlarında itirdikləri üçün ailələrini dolandırmaq üçün 14 yaşından etibarən ördək yumurtası satmağa başlayıblar. Məhz bu zamanlar ingilis taciri Robert Hunter onları kəşf etdi və analarını oğullarının gələcəyinin Siamdan kənarda olduğuna inandırdı.

Lakin kralın onların Siamı tərk etmələrinə razılıq verməsi üçün daha üç il lazım oldu.

Sonda ana əkizləri Hunterə 3000 dollara satıb. Bunun üzərinə Hunter və onun amerikalı ortağı Kapitan Abel Coffin əkizləri sonrakı illərdə Amerika və İngiltərənin bir çox teatrında nümayiş etdirdilər. Bu illər Çanq və Enq qardaşları üçün çox yorucu idi, çünki onlar hər gün və bütün gün teatrda sərgilənir və həyatları çox az istirahət vaxtı ilə şəhərdən şəhərə səyahət etməklə keçirdi.

 

Əkizlərin teatr tamaşaları da illər keçdikcə dəyişib. 1829-cu ildə ABŞ-ın Boston şəhərində baş tutan ilk tamaşalarında əkizlərin vəzifəsi yalnız səhnədə dayanmaq, necə yeridiklərini və qaçdıqlarını göstərmək və suallara cavab vermək idi.

Onların ifaları davam edən illər ərzində daha çox hörmət və diqqətlə qarşılanıb.

 

Yalnız bir dəfə, Hunter onları Fransa turuna aparmaq istədikdə, Fransa hökuməti "uşaqların psixi sağlamlığına mənfi təsir göstərə biləcəyi" səbəbiylə tələbi rədd edib.

 

Tamaşalar davam etdikcə əkizlərin səbrləri tükənməyə başladı, çünki menecerləri onlarla yaxşı rəftar etmirdi. Məsələn, İngiltərəyə kruiz üçün özünə birinci dərəcəli bilet alan kapitan Coffin əkizlər üçün gəminin ekipaj və qulluqçular bölümünə bilet alıb. Eyni zamanda, ayda aldıqları 10 dollar menecerlərin qazandıqları ilə müqayisədə heç bir şey deyildi. Bütün bunlardan narahat olan əkizlər 21 yaşı tamam olanda müstəqilliklərini elan etdilər və menecerləri ilə işlərinə son verdilər.

O dövrdə bir çox qəzetlərdə əkizlərin fərqli xarakterləri ilə bağlı yazılar dərc olunurdu.

 

Məsələn, sol tərəfdəki əkiz Çanq qardaşından bir neçə santimetr qısa idi, lakin hirslə bunun əvəzini çıxardı. Çanq dominant qardaş idi və çox qəzəbli bir xasiyyətə sahib idi. Enq isə daha sakit və daha qapalı bir xarakterə sahib idi və Çanqdan daha çox intellektual səviyyəyə malik idi. Ancaq bu fərqlərə baxmayaraq, bir neçə istisna olmaqla, əkizlər həmişə bir bədən kimi hərəkət etmiş və ortaq nöqtəni tuta bilmişlər. Bəziləri onların telepatik şəkildə anlaşdıqlarını düşünürdülər, çünki bir-birləri ilə nadir hallarda danışırdılar. Bu vəziyyət tibb dünyasında bir çox mübahisələrə və zamanla bir çox fərqli nəzəriyyənin ortaya çıxmasına səbəb oldu.

 

1832-ci ildə azadlıqlarını əldə etdikdən sonra 7 il qastrol səfərlərini davam etdirdilər.

 

Bu müddət Nyu Yorkda Dr. Ceyms Kalloveylə görüş ilə yekunlaşıb. Həkim onlara turları dayandırmağı və istirahət etməyi məsləhət görüb. Əkizlər həkimin məsləhətinə əməl etdilər və 1839-cu ildə Şimali Karolinada məskunlaşmağa qərar verdilər. Artıq görünmək istəmirdilər, kənddə məskunlaşıb əkinçiliklə məşğul olmağa başladılar. Bu müddət ərzində onlar Amerika vətəndaşı da oldular və Bunker soyadını götürdülər. Onlar həmçinin Wilkesborodan olan Adelaide və Sarah Yates adlı iki bacıya aşiq olublar.

 

Əvvəlcə Çanq Adelaidaya aşiq olub və Enq də Sara ilə bəzi zərurətdən ünsiyyət qurmağa başlayıb. Bir müddət sonra bu münasibətdən xəbərdar olan qızların ailələri onların evlənməsinə qarşı çıxıb və şəhər əhalisi bunu fəlakət kimi qiymətləndirib.

 

Beləliklə, Çanq və Enq cərrahi müdaxilə riskini götürməyə qərar verirlər.

 

Onlar gizli şəkildə Filadelfiyaya getməyə və orada əməliyyat keçirməyə qərar verdilər, lakin Adelaide və Sara buna etiraz edərək onları ruhdan saldılar.

 

Bir müddət sonra qızların ailələri də evliliyə razılıq verdilər və iki cütlük 1843-cü ildə qızların ailəsi evində evləndilər. Evləndikdən bir il sonra əvvəlcə Sara, altı gün sonra Adelaidenin bir qız övladı dünyaya gəldi. Bir il sonra onlar bu dəfə səkkiz gün fərqlə yenidən ana olublar. 1860-cı ilə qədər Adelaide yeddi, Sara doqquz uşaq dünyaya gətirdi.

 

Bu dövrdə yaşanan bədbəxtlik, iki bacının ayrılması və Adelaidenin əkizlərə məxsus başqa bir evə köçməsi idi. Bu vəziyyət zamanla çox yaxşı anlaşan əkizlərin də münasibətini pozub. Onların mübahisələri təkcə həyat yoldaşları ilə bağlı deyildi: Engin qumar aludəliyi və Çanqın içki vərdişləri zamanla ikisini yumruq-yumruğa gətirirdi.

 

Əkizlərin sürətlə böyüyən ailəsi tezliklə əkizləri yenidən qastrol səfərlərinə getməyə məcbur etdi.

 

Əkizlərin sahib olduğu uşaqların ümumi sayı 21-ə çatmışdı və bu, maddi çətinliklərə səbəb olmağa başlamışdı. Buna görə də ikili yenidən Amerika turnesinə çıxmaq və şoularını davam etdirmək qərarına gəliblər. Çox keçmədi ki, onlar əvvəlki şöhrətlərini bərpa etdilər və qardaşlar buradan da Avropa turnesinə getməyə qərar verdilər. Tur kifayət qədər uğurlu oldu, lakin 1870-ci ildə gəmi ilə evə qayıdarkən Çanq qəfil insult keçirdi və sağ tərəfini qismən iflic etdi.

 

Çanq və Engin son illəri böyük döyüşlərlə keçdi. Çanq bir dəfə Engi bıçaqla hədələdi və ikisi ailə həkiminə getdi və təcili əməliyyat tələb etdi. Lakin həkimləri onları ayırmağın başlarını kəsməyə bərabər olduğunu və qurtulmanın mümkünsüz olduğunu bildirərək bu tələbi rədd edib. Bunun üzərinə əkizlər həkimdən ikisindən birinin ölməsi ilə nəticələnsə belə, bu əməliyyatı edəcəyinə söz verməsini istədilər və həkim bunu qəbul etdi. Lakin bu əməliyyat əkizlərin qəfil bədbəxt ölümü ilə mümkünsüz oldu.

 

 

Dünyaya “Siam əkizləri” ifadəsini qazandıran Çanq və Eng 1874-cü ilin yanvarında 63 il birgə paylaşdıqları yataqda vəfat edib.

 

Çanq insult keçirdikdən sonra olduqca zəifləmiş və gücsüzləşmiş, spirt qəbulunu artırmış və bronxitə yoluxmuşdu. Eng isə əksinə, bütün bu müddət ərzində kifayət qədər sağlam idi və qardaşının səhhətindəki problemlər ona heç də təsir etməmişdi. Onların ölümlərindən sonra edilən tibbi müayinələr nəticəsində Çanqın ölümünün beynindəki qan laxtalanmasından olduğu, ölmüş qardaşını yanında görən Engin şokdan öldüyü qərarına gəlinib. Başqa bir fərziyəyə görə, əkizləri birləşdirən toxumanın ölümü bir qardaşdan digərinə ötürməsi idi. Dünyanın ən məşhur siam əkizləri Çanq və Enq eynən bu dünyaya birgə gəldikləri kimi dünya ilə birlikdə də vidalaşıblar.

 

Aysel


OXŞAR XƏBƏRLƏR