Azərbaycanda 5 yeni avtovağzal tikiləcək
Cəmiyyət
09:48 / 30.09.2016
811
2017-2018-ci illərdə Azərbaycanda 5 sərhədyanı avtovağzal tikiləcək.
Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Elnur Abdullayev deyib.
O qeyd edib: "Biz artıq hökumətə layihələr təqdim etmişik və layihə bəyənildikdən sonra avtovağzalların tikintisinə başlayacağıq. Hər avtovağzalın dəyəri iki milyon manat olacaq".
E.Abdullayev deyib ki, ölkənin bütün bölgələrində avtobus parklarının yenilənməsi üzrə layihə hazırlanır: "Dövlət Xidməti Ukrayna şəhərlərindən birinə yeni marşutun açılmasını da planlaşdırır".