İlhamə Quliyevanın mətbuat katibi həbs oluna bilər

İlhamə Quliyevanın mətbuat katibi həbs oluna bilər
Azad Azərbaycan televiziyasının əməkdaşı, mərhum İlhamə Quliyevanın mətbuat katibi prodüser Faiq Ələkbərli prokurorluqda dindirilib. Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.
Sfera.az bizimyol.info-ya istinadən bildirir ki, mərhum İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın işində günahlandırılan prodüserin yaxın zamanda həbs olunacağı gözlənilir. 
Xalq artisti İlhamə Quliyavanın məlum hadisələrdən dolayı köməkçisi Mehriban Hüseynovadan qisas alaraq ondan yalvararaq üzr istəməsi videolarını çəkməkdə günahlandırılan Faiq Ələkbərli Quliyevanın sağ vaxtında istintaqdan yayına bilsə də, bu dəfə onun məsuliyyətdən qurtara bilməyəcəyi bildirilir. 

ATV kanalının rəhbərliyi tərəfindən də xəbərdarlıq edilən prodüserin birinci dəfə istintaqdan yayınmağında aparıcı Zaur Baxşəliyevin və İlhamə Quliyevanın rolu olduğu məlum olub. Mehriban Hüseynovanın təhqir videolarını çəkərək mətbuatda paylaşan prodüser Faiq Ələkbərlinin bundan əlavə də bir çox cinayət məsələlərində adı hallanır. Onun bir vətəndaşı aldadaraq saxta sənədlərlə bahalı ev satması haqda da prokurorluğa şikayət edildiyi bildirilir. Verilən məlumatda bir çox məsələlərdə Faiq Ələkbərlinin hüquqlarını müdafiə edən tanınmış vəkil Şəfiqə Nağıyevanın da Ələkbərlinin prodüserlik etdiyi "Bizimləsən" verilişindən ayrıldığı, onların münasibətlərinin pozulduğu, məşhur vəkilin Xəzər telekanalında Xoşqədəm Hidayətqızının "Bizə danış" verilişinə keçməsi də tanınmış prodüserin yaxın zamanlarda həbs olunacağı ehtimalını artırır. Eyni zamanda, Mehriban Hüseynovanın işinin millət vəkili Çingiz Qənizadənin müraciəti əsasında baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülməsi, bu iş barədə hər hansı bir şəxsin müdaxiləsini məhdudlaşdırır.
 
Qeyd edək ki, Faiq Ələkbərlinin bir müddət əvvəl evini əxlaqsızlıq yuvasına çevirməsi haqda da mətbuatda xəbərlər dərc olunmuş, hətta bununla bağlı polisə çağrılaraq xəbərdarlıq edilmiş, sonradan həbs olunma təhlükəsi ilə üzləşsə də, İlhamə Quliyevanın köməkliyi ilə bundan yayına bilmişdi.

OXŞAR XƏBƏRLƏR

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...