Köhnə televizoru olanların diqqətinə - VİDEO

Köhnə televizoru olanların diqqətinə - VİDEO
 
Dekabrın 1-dən Azərbaycanda televiziyaların analoq yayımı dayandırılacaq.

Noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Çünki, Milli Televiziya və Radio Şurası həmin tarixdən etibarən ölkədə analoq yayımın dayandırılacağını açıqlayıb. "Xəzər Xəbər” bu qərardan sonra ölkə kanallarına baxmağın necə mümkün olacağını araşdırıb.

Milli Televiziya və Radio Şurası ümumölkə televiziya proqramlarının analoq yayımının Bakı və Abşeron yarımadasında noyabrın 1-dən, bölgələrdə isə dekabrın birində dayandırılacağını açıqlayıb.

Bəs bu qərar nə mənaya gəlir? Şuradan verilən məlumata görə rəqəmsal yayımı qəbul etmək üçün hansı televizorlarda qəbuledici mexanizm yoxdursa vətəndaşlar həmin televizorlarla ölkədə yayımlanan kanalları izləyə bilməyəcəklər. Belə televizoru olanlar mütləq rəqəmsal yayımı göstərəcək dekoderlər almalıdırlar. Bu cihazların bazardakı qiyməti isə fərqlidir.

Ekspertlər bildirir ki, müasir televizorların əksəriyyəti rəqəmsal yayımı dəstəkləyir. Buna görə də rəqəmsal yayıma keçid vətəndaşlar üçün o qədər ciddi problem yaratmayacaq.

Milli Televiziya və Radio Şurasından bildiriblər ki, aztəminatlı ailələrə dekoderlərin güzəştli və ya pulsuz verilməsi məsələsi müzakirə mövzusu olsa da, hazırda belə bir addımın atılması gözlənilmir.

Xezerxeber.com
 

OXŞAR XƏBƏRLƏR

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...