Azərbaycanda dövlət qurumlarının “odun mafiyası” ilə təhlükəli işbirliyi – Milyonlar necə talan edilir?

Azərbaycanda dövlət qurumlarının “odun mafiyası” ilə təhlükəli işbirliyi – Milyonlar necə talan edilir?

Azərbaycanda hələ də odun alınmasına böyük məbləğdə vəsait xərcləyən dövlət qurumları var. Bu qurumlar yanacağa olan ehtiyaclarını ödəmək məqsədilə hər il büdcədən böyük məbləğdə vəsait alır. Odundan istifadəyə böyük məbləğdə pul ayıran dövlət qurumları arasında Təhsil, Səhiyyə, Müdafiə və Mədəniyyət nazirlikləri ön sırada dayanır.

Sfera.az bildirir ki, indiki dövrdə odundan yanacaq növü kimi istifadəsi Azərbaycanın prioritet məqsədlərinə uyğun deyil.

 

Azərbaycan Prezidentinin 2021-ci ilin  fevralın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən 5 Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsidir. Milli Prioritet eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

 

Günahsız meşə qatilləri

 

Bu mühüm sənəd bizdən, dövlət qurumlarından, özəl sektordan ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, enerji mənbələrindən səmərəli istifadənin həyata keçirilməsini tələb edir.

 

Azərbaycan qeyd edilən prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olmalıdır: həm yüksək keyfiyyətli ekoloji mühit formalaşdırılmalıdır, həm də yaşıl enerji məkanı yaradılmalıdır. Bu məqsədlərə çatmaq üçün əsas hədəflərdən biri məhz ölkədə yaşıllıqların payının artırılmasıdır.

 

Belə bir mühüm sənədin icrasına başlanmasından artıq 2 il keçməsinə baxmayaraq, ayrılan dövlət vəsaiti hesabına meşələrin yanacaq ehtiyacının ödənilməsi üçün məhv edilməsi nə dərəcədə doğrudur? Başqa enerji mənbələri, o cümlədən alternativ, bərpa olunan enerji mənbələri hesabına yanacağa olan tələbi qarşılamaq mümkün deyilmi?

 

Trakya Odun Trakya bölgesinin en kaliteli ve iyi yanan ağaçlarını işleyeler  hizmet vermektedir.

 

Yanacaq növü kimi odundan geniş istifadə edilməsində obyektiv səbəblərlə yanaşı subyektiv amillərin olduğu ehtimalı var. Burada korrupsiya elementlərinin olması istisna edilə bilməz.

 

Əldə etdiyimiz məlumatlata əsasən odundan yanacaq kimi istifadəsi sahəsində neqativ halların araşdırılması üçün Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin araşdırma aparacağı gözlənilir.

 

Dövlət qurumlarının yanacaq kimi böyük miqdarda odundan istifadə etməsini Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev daha çox şəxsi məqsədlərlə əlaqələndirib. Partiya sədri Sfera.az-a açıqlamasında bildirib ki, şəxsi maraqlarını güdən bəzi dövlət qurumlarının vəzifəli şəxsləri meşələri talamaqla məşğuldurlar:

 

Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

 

“Azərbaycanın kifayət qədər enerji, yanacaq ehtiyatı var. Ölkə ərazinin böyük hissəsi qazlaşdırılıb, elektrik enerjisi ilə təminat da yüksək səviyyədədir, hətta xaricə elektrik enerjisi satırıq. Belə yüksək təminatın olduğu ölkədə odun alınmasına böyük məbləğdə pul ayrılmasını istəmək, bunda maraqlı olmaq dövlətə zərbə vurmaqdır. İnanmıram ki, onların odun almaqda məqsədi həqiqətən yanacaq təminatını yaxşılaşdırmaq istəyi ilə bağlıdır. Onların əsas məqsədi korrupsiyaya şərait yaratmaqla pul qazanmaqdır. Bəzi qurumlarda “odun mafiyası” formalaşdığından bu qurumlar alternativ enerjiyə keçməkdə həvəsli görünmür. Nəticədə meşələr qırılır, dövlət vəsaiti talanır, əsgərlər, şagirdlər, xəstəxanalar istiliksiz qalır”.

 

H.Hacıyev hesab edir ki, alınan odunun çox hissəsi başqa məqsədlər üçün istifadəyə yönəldilir: “Dövlətin pulu ilə odun alırlar, ancaq onun hamısından yanacaq kimi istifadə etmirlər. Taxta, mebel sexləri açıb taxta məmulatları və mebel istehsalı ilə məşğul olurlar. Bu cür əməllərin hamısı talançılıqdır. Belə əməllərin qarşısı qətiyyətlə alınmalıdır. Türkiyədə meşələrin qorunması və genişləndirilməsi üçün müxtəlif modellər hazırlanıb. Azərbaycan bu modelləri öyrənməlidir. Ölkəmizdə onsuz da meşələr azdır. Belə vəziyyətdə olan ölkədə olan-qalan meşələri qırırlar, odun kimi satırlar. Azərbaycan meşələrin qorunması, yaşıllıq sahələrin genişləndiirlməsi məsələsində geri qalır. Düşünürəm ki, odundan yanacaq kimi istifadəsini maksimum dərəcədə məhdudiyyət gətirilməlidir, bu cür dövlət qurumlarının səlahiyyətli şəxslərinə qarşı isə qətiyyətli tədbirlər görülməlidir”.

 

İqtisadçı-ekspert Natiq Cəfərli odun istehlakının hələ də yüksək səviyyədə olmasında subyektiv amillərin obyektib amillərdən daha güclü olduğunu düşünür. O, qeyd edib ki, bəzi dövlət qurumlarının rəhbər şəxsləri qanunvericiliyin yaratdığı imkanlardan bəhrələnərək alınan odunlardan şəxsi məqsədləri üçün istifadə edə bilər:

 

Natiq Cəfərli: “Təklifimizi dövlət qəbul etsə, ölkədə qiymət artımının  qarşısı alınacaq”

 

“Bəzi dövlət qurumlarının lisenziyalaşdırılmış şəkildə odun almaq ixtiyarı var. Həmin dövlət qurumlarının rəhbər şəxsləri bu vəziyyətdən məmnundur. Çünki odundan istifadə ilə bağlı heç bir nəzarət mexanizmi yoxdur. Heç kim nəzarət etmir ki, gün ərzində nə qədər odundan istifadə edilib, faktiki istehlak nə qədərdir. Ona görə də məmurlar alınan odundan başqa məqsədlər üçün istifadə edirlər. Alınan odunların bir hissəsi təkrar satışa və ya kömür istehsalına yönəldilməsi ehtimalları istisna edilə bilməz. Bakında, rayonlarda çoxlu sayda kömür satışına dair faktlar var. Böyük ehtimalla həmin kömürün istehsalına dair ilkin mənbə sənədləri də yoxdur.

 

Bu kimi halların qarşısını almaq üçün dağlıq ərazilərdə qazlaşdırma maksimum səviyyəyə çatdırılmalıdır və mümkün qədər odundan yanacaq kimi istifadə məhdudlaşdırılmalı, ciddi nəzarət mexanizmi yaradılmalıdır”.

 

Millət vəkili Azər Badamovun fikrincə, qazlaşmdırılmış yaşayış məntəqələrdə yerləşən dövlət qurumların binalarını odundan və digər yanacaq növlərindən istifadə etməklə qızdırılmasına icazə verilməməlidir. A.Badamov qeyd edib ki, odun yanacaq növü kimi təbii qazdan çox baha olduğundan dövlətin yanacaq xərcləri artır:

 

Deputat Azər Badamov – “Buraxılış imtahanları yenidən keçirilsin”

 

“Odun alınmasına vəsait xərclənməsi təsərrüfat xərclərinin böyüməsinə yol açır. Digər dərəfdən, “Azərbaycan 2030” - Milli Prioritetlərindən biri də yaşıl artım ölkəsinə çevrilməkdir. Belə olan halda meşələri oduncaq üçün qırmaqda davam etmək yolverilməzdir. Hesab edirəm ki, ölkəmizdə yaşayış məntəqələrin qazlaşdırılması prosesi sürətlənməlidir. O cümlədən qazlaşdırılmış yaşayış məntəqələrədə yerləşən dövlət müəsisələrin qızdırılmasını da təbii qazın üzərinə keçirilməlidir.

 

Düzdür, ölkəmizdə ümumi qazlaşma 97%-i keçmişdir. Amma ayrı-ayrılıqda götürüləndə yanacağa daha çox ehtiyacı olan dağ rayonlarda qazlaşmanın səviyyəsi hələ də aşağı səviyyədə qalmaqdadır. Milli Prioritetlərdə qeyd olunduğu kimi, 2030-cu ilə qədər qazlama ilə bağlı bütün problemlər öz yoluna düşəcəkdir”.

 

Ekoloq Telman Zeynalov isə odundan bir yanacaq növü kimi istifadə edilməsinin qadağan edilməsini təklif edir. T.Zeynalov qaz təchizatı olmayan ərazilərdə alternativ yanacaq növlərindən istifadənin mümkün olduğunu dedi:

 

Ekoloq: “Palçıq vulkanları vətənimizin sərvətlərini üzə çıxarır” -  01.01.2019, Sputnik Azərbaycan

 

“Meşələrin odun əldə edilməsi üçün qırılmasının qarşısı qətiyyətlə alınmalıdır. Bu məsələyə ən yüksək səviyyədə müdaxilə olmalıdır. Ağacları yalnız xəstələndikdə kəsilib odun kimi yandırmaq olar. Çürümüş ağaclar isə odun kimi istifadə edilməməlidir. Onlar təbiətdə qalmalı, çürüməli və digər bitkilər üçün gübrəyə çevrilməlidir. Mən dəfələrlə xarici ölkələrdə olmuşam. Heç bir ölkədə ağacın yandırmaq məqsədilə kəsilməsinin şahidi olmamışam.

 

Azərbaycanda ağacların yanacaq vasitəsi kimi istifadəsinə son qoyulmalıdır. Ola bilər ki, qazın olmaması səbəbindən hansısa qurumda yanacaq çatışmır. Bu halda tullantılardan istifadə etməklə qaz almaq, yaxud onları digər yanacaq formasına salmaqla istifadə etmək olar. Yəni, odundan istifadə yeganə yol deyil. Alaq otlar var, onlardan yanacaq vasitəsi kimi istifadə mümkündür. Həmin qurumlar özlərinə əziyyət verib başqa variantları tapmaq, başqa variantlardan istifadə etmək istəmir. Alternativ variantlar çoxdur, sadəcə həmin variantlardan istifadə üçün pul ayrılmalıdır”.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...