Dollar ucuzlaşdı

Dollar ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sfera.az APA-a istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası dolların məzənnəsi sentyabr ayının 29-u ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6211 manat olub. Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,8187 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 29-u ilə müqayisədə 0,39% zəifləyərək 0,0257 manat səviyyəsinə enib. Türkiyə lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5398 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1026 manatdır. Beləliklə, funt sterlinq 0,62%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,6935 manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR