"Qəti qərar qəbul etməyin vaxtı çatıb" - Leyla Əliyeva

"Azərbaycan şərq müdrikliyi və qərb tərəqqisinin qovuşuğunda, Şərqlə Qərbin kəsişməsində yerləşən, qədim ənənələri və zəngin tarixi olan ölkədir”.
Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı "dəyirmi masa”nın rəhbəri qismində çıxışı zamanı deyib.

Leyla Əliyeva qeyd edib ki, Azərbaycan keçmişdə tarixi İpək Yolu üzərində iri mərkəz olub: "Bu da ölkə mədəniyyətinə böyük təsir göstərərək onu tolerantlığa, yeni ideyalar və dialoqa inanan ölkəyə çevirib”.

Leyla Əliyevanın sözlərinə görə, "Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı "dəyirmi masa” bütün beynəlxalq birlik üçün çox mühüm məsələləri əhatə edir: "Biz hamımız bilirik ki, ekologiya və sivilizasiya - bir-birinə zidd olan iki termindir, çünki sivilizasiya min illər ərzində qlobal ekologiyanı pozur. Nəticədə biz bu gün bütün planetin təhlükə altında qaldığı vəziyyətdəyik. Lakin "ekoloji sivilizasiya" konsepsiyasının meydana çıxması göstərir ki, getdikcə daha çox insan bu vəziyyət haqqında bilir və ətraf mühiti qorumaq üçün fəaliyyət göstərməyə hazırdır. İrq, din, adət-ənənə və əqidəmizdən asılı olmayaraq, hamımız bir planetdə yaşayırıq və ümumi gələcəyi bölüşürük - ekoloji problemlər sərhəd tanımır. Bu problemlər bütün ölkələri təhdid edir və yalnız birgə işləyərək, bir-birimizi dəstəkləyərək müsbət nəticələrə nail ola bilərik”.

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, planetin biomüxtəlifliyinin 50 faizindən çoxu məhv olub və biz tədricən bütün növlərin, bütün meşələrin və bütün yaşıl həyatın məhv olacağı zamana yaxınlaşırıq: "Buna görə də hesab edirəm ki, müzakirələr və diskussiyalar aparmağın çox vacib olmasına baxmayaraq, qəti qərarlar qəbul etməyin və fəaliyyət göstərməyin vaxtı çatıb. Əlbəttə ki, yalnız nikbin qalaraq və ümidləri itirmədən uğura nail ola bilərik. Ötən il beynəlxalq ictimaiyyət tarixi sıçrayış edib və nəhayət, ətraf mühitin tənəzzülünün birgə, əl-ələ verib qarşısını almaq üzrə razılığa gəlib”.

OXŞAR XƏBƏRLƏR

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib"

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". ...

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

"Şimal bölgəsinin 5 rayonunda - Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədrisi tam rus, eyni zamanda həm Azərbaycan, həm də rus dilində olan 3...

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.   Sfera.az xəbər verir ki, bu barədə Güntayın ...

"Azər Türk Bank" kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir

Dövlət bankı "Azər Türk Bank"a məxsus atb debit kart, yeni nəsil atb əmək haqqı kartı və atb premium kart hesablarındakı qalıq vəsaitinə hesablanan fa...

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...