“İl başa çatır, təəssüf ki, sülh sazişi yoxdur” – Erməni deputat

“İl başa çatır, təəssüf ki, sülh sazişi yoxdur” – Erməni deputat

"Hesab edirəm ki, erməni diplomatiyasının görməli olduğu əsas iş Dağlıq Qarabağ probleminin hərtərəfli həllidir".

Sfera.az xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş sazişi” fraksiyasının deputatı, xarici əlaqələr daimi komissiyasının üzvü Sarqis Xandanyan deyib.

 

"Erməni diplomatiyası Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməsini istəyir. Bəli, ilin sonuna kimi sülh sazişinin bağlanmasının mümkün olacağına dair nikbinlik var idi və Rusiyanın bütün işi buna yönəlib, indi də davam edir. Lakin bu, birtərəfli ola bilməz, çünki proses bütün tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini, həmçinin vasitəçilərin fəal iştirakını nəzərdə tutur.

 

İl başa çatır, təəssüf ki, sülh sazişi yoxdur. Amma biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik, çünki yalnız bundan sonra regionda sabitliyə nail olmaq olar. Vasitəçilərin diqqətini bütün vasitələrlə münaqişəyə yönəltmək lazımdır. Amma bu, indiki geosiyasi kontekstdə çox çətindir, lakin ən əsası məyus olmamaq, irəli getmək, qəbul edilmiş prinsiplərimizə sadiq qalmaq lazımdır", - S.Xandanyan qeyd edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...