Paşinyan: “Biz təkliflərimizi Bakıya təqdim etmişik”

Paşinyan: “Biz təkliflərimizi Bakıya təqdim etmişik”

"İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya təqdim edib və oxşar məzmunlu sənəd imzalanmağa hazırdır".

Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.  O, Bakının buna müsbət reaksiya verəcəyinə ümid etdiyini deyib.

 

"Bakıya sərhədin delimitasiyası və kommunikasiyaların blokdan çıxarılması ilə bağlı təkliflər verilib. Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəallığı əhəmiyyətli dərəcədə artmalıdır. Biz Dağlıq Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk faktaraşdırıcı missiyasının göndərilməsi üçün çox çalışmalıyıq", - baş nazir əlavə edib.

 

Qeyd edək ki, artıq 11-ci gündür ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlılar tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə davam etdirilir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR