Paşinyan hökumətin iclasında Rusiya sühməramlılarını TƏNQİD ETDİ - "Belə çıxır ki..."
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı ittiham edib.
Sfera.az “Hraparak.am”a istinadən bildirir ki, Paşinyan hökumətin bu gün keçirilən iclasında çıxışına Laçın dəhlizi ilə bağlı bəyanatla başlayıb. O, dəhliz ətrafında ötən həftədən yaranmış böhranın həll olunmadığını deyib və bölgədə humanitar böhranın son dərəcə gərgin olaraq qaldığını vurğulayıb.
Nikol vəziyyəti təfərrüatlı şəkildə təsvir edərək, bununla bağlı Rusiyanı və konkret olaraq bölgədəki rus sülhməramlı qoşunlarını 9 noyabr sənədi üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
“Belə çıxır ki, üçtərəfli bəyannamədə qeyd olunan, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması öhdəliyi Rusiya sülhməramlı qoşunları tərəfindən yerinə yetirilmir. Təbii ki, Azərbaycanın qeyri-qanuni hərəkətləri nəticəsində belə bir şey baş verir. Lakin bu, vəziyyəti dəyişmir. Çünki Rusiya sülhməramlı qoşunlarının mövcudluğunda məqsəd belə bir qanunsuzluğun qarşısını almaqdır”, - Paşinyan söyləyib.
Günay Rəsulqızı