Castin Biber və “H&M” geyim markasının QALMAQALI

İsveçin məşhur geyim və kosmetika brendi H&M 28 yaşlı müğənni Castin Biberin sifətindən onun icazəsi olmadan yeni kolleksiyasında istifadə edib.
Sfera.az bildirir ki, ifaçı brendin mağazalarında onun şəkli və soyadı çap olunan kapüşon, köynək və çantaların satışının başladığından xəbəri olmayıb.
Şirkətin bu hərəkəti Castini qəzəbləndirdiyi üçün o, dərhal sosial şəbəkələrdə pərəstişkarlarını yeni kolleksiyanı boykot etməyə çağırıb.
"H&M-nin nümayiş etdirdiyi mallar kolleksiyasından heç nəyi bəyənmədim... Hamısı mənim təsdiqim və qəbulum olmadan. Mən sənin yerində olsaydım, bunu almazdım"- Castin İnstaqram səhifəsində yazıb.
Bununla yanaşı, Castin Bieber brendin yaratdığı simanı dəhşətli adlandırıb və bu brendin heç bir məhsulunu almamağı xahiş edib.
"Onların məndən hazırladıqları H&M malları zibildir! Mən bunu təsdiq etməmişəm. Almayın!"- deyə müğənni əlavə edib.
Brendin saytı artıq yeni qalmaqallı kolleksiyadan bütün əşyaları yığışdırıb, lakin hələlik rəsmi nümayəndələr müğənni ilə mübahisəyə münasibət bildirməyiblər. Qeyd edək ki, bir neçə il əvvəl Castin Biber H&M ilə əməkdaşlıq edib. Brend sonralar da birlikdə sənətçinin konsert turuna dəstək olaraq geyim kolleksiyası buraxıb.
Aysel