Köhnə televizoru olanların DİQQƏTİNƏ
Cəmiyyət
23:30 / 29.09.2016
1664
Milli Televiziya və Radio Şurası ümumölkə televiziya proqramlarının analoq yayımının Bakı və Abşeron yarımadasında noyabrın 1-dən, bölgələrdə isə dekabrın birində dayandırılacağını açıqlayıb.
Şuradan verilən məlumata görə, rəqəmsal yayımı qəbul etmək üçün hansı televizorlarda qəbuledici mexanizm yoxdursa vətəndaşlar həmin televizorlarla ölkədə yayımlanan kanalları izləyə bilməyəcəklər. Belə televizoru olanlar mütləq rəqəmsal yayımı göstərəcək dekoderlər almalıdırlar. Bu cihazların bazardakı qiyməti isə fərqlidir.
Ekspertlər bildirir ki, müasir televizorların əksəriyyəti rəqəmsal yayımı dəstəkləyir. Buna görə də rəqəmsal yayıma keçid vətəndaşlar üçün o qədər ciddi problem yaratmayacaq.
Milli Televiziya və Radio Şurasından qeyd ediblər ki, aztəminatlı ailələrə dekoderlərin güzəştli və ya pulsuz verilməsi məsələsi müzakirə mövzusu olsa da, hazırda belə bir addımın atılması gözlənilmir.