Bu ölkədə qızların ali təhsil alması QADAĞAN EDİLDİ

Dünya
13:00 / 21.12.2022
10417
Əfqanıstanda qızlar ala təhsil ala bilməyəcək.
Sfera.az xəbər verir ki, Əfqanıstanda qızların orta məktəbdə təhsil alması qadağan edildikdən bir müddət sonra onların universitetə getməsi də rəsmən qadağan edilib.
Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Zeiyaullah Haşimi bu barədə sosial media hesabında məlumat verib.
Xatırladaq ki, qərardan əvvəl universitetlərdəki qız tələbələr kişi tələbələrdən ayrı oturmaq və müəyyən geyim qaydalarına uyğun geyinmək şərti ilə dərslərdə iştirak edə bilərdilər.
Vasif