SON DƏQİQƏ: - 4 nazirlik ləğv olundu
Ermənistan parlamenti bu gün keçirilən iclas zamanı hökumətin tərkibində struktur dəyişikliklərinin edilməsi barədə qanun layihəsini qəbul edib.
Erməni KİV-nə istinadən xəbər verilir ki, qanun layihəsinin lehinə 76, əleyhinə 10 deputat səs verib. 6 deputat isə fikir bildirməkdən imtina edib.
Düzəlişlərə əsasən, Ermənistanda bir sıra nazirliklər və qurumlar ciddi struktur dəyişikliklərinə məruz qalacaq. Qanun layihəsinə əsasən 4 nazirlik ləğv olunub.
Energetika və Təbii Sərvətlər Nazirliyinin adı dəyişdirilərək Enerji İnfrastrukturu və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi isə İnvestisiya və Sahibkarlığa Yardım Nazirliyi, Nəqliyyat və Rabitə Nazirliyi isə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi olacaq. Şəhərsalma Nazirliyi isə ləğv olunacaq. Bu nazirliyin səlahiyyətləri Arxitektura və Tarixi – Mədəni Dəyərlərin qorunması üzrə Dövlət Komitəsinə veriləcək.