Orqanlarımız Nə Zaman Yaşlanmağa Başlayır? - FOTOLAR

Orqanlarımız Nə Zaman Yaşlanmağa Başlayır? - FOTOLAR
 
Orqanlarımız müəyyən bir yaşdan sonra funksiyalarını itirməyə başladığından etməmiz lazım olan şey bu müddəti öyrənib ona görə tədbir görməkdir.

Sfera.az xəbər verir ki, yaşlanmaq bir anda olur kimi görünsə də, əslində hər orqan öz sürətində yaşlanır.

Əgər sizi nəyin gözlədiyini bilmək istəyirsinizsə, əvvəldən tədbir almağa başlaya bilərsiniz.

Dr. Ronan Factoraya görə, bədəninizin yaxşılığını qoruyacaq bir şeylər etmək hər yaşda mümkündür.

Bəs hansı orqan neçə yaşdan etibarən yaşlanmağa başlayır?

Ürək
Ürək ən dayanıqlı orqanlardan biridir, ancaq ortalama 40 yaşında qocalma əlamətləri başlayır. Sol mədəcik divarında yaranan  qalınlaşma və ürəkdə böyümə başlayır. Qan hərəkətində hər il 1% nisbətində azalma baş göstərir. Bunun üçün daimi olaraq qan təzyiqi idarəsi etmək lazımdır.


Qulaq
30 yaşdan etibarən eşitmədə zəifləmə olur. Buna səbəb qulağa qan daşıyan damarlarının vəzifəsini  yerinə yetirməməsi və eşitmə sinirlərində başlayan yaşlanmanın təsiridir. Həmçinin qulaq kiri də eşitməni zəifləşdirir.


Beyin
30 yaşından sonra beyin kiçilməsi poblemi ortaya çıxır. Beyində daralmalar başlayarkən, beynin ortasında olan boşluq genişləməyə başlayır. Həmçinin beynə qan daşıyan damarlar deformasiyaya məruz qalır. Bu zaman isə öyrənmə sürəti və yaddaş zəifləməyə balayır.


Göz
40 yaşından sonra başlayan yaşlanmanın səbəbi göz obyektinin sərtləşməyə başlamasıdır. Bu gözün Reflekslərini zəiflədir və 50 sm-dən daha yaxını görməkdə çətinlik yaranır. Göz sinir hüceyrələrinin sayındakı azalma görmə keyfiyyətini aşağı salmağa başlayır.


Qaraciyər
Həcmi və çəkisi azalır. 40 yaşdan sonra başlayan mənfiliklər 65 yaşdan sonra daha da gərgin vəziyyətə gəlir.


Ağciyər
Ağciyərlər ən erkən yaşlanan orqanlardan biridir. 20 yaşlarda başlayan dəyişikliklər ağciyərin elastikliyini azaldır və oksigen alınımını salır. İrəliləyən yaşlarda nəfəs darlığı probleminə də səbəb olur.


Sümüklər
Təxminən 30 yaşdan sonra sümükdə kalsium çatışmazlıqlar görülməyə başlayırr. Sümük toxumasındakı azalmadan ən çox bud sümüyü və onurgalar mənfi təsirə məruz qalır.

 
 
 
Aytac

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.




OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...