Messinin Dünya Kuboku ilə fotosu İnstaqramda rekorda imza atdı

Messinin Dünya Kuboku ilə fotosu İnstaqramda rekorda imza atdı

35 yaşlı argentinalı futbolçu Lionel Messinin Dünya Çempionatında çəkilmiş şəkli İnstaqramda yeni rekorda imza atıb.



Sfera.az bildirir ki, əfsanəvi futbolçunun paylaşımını 64 351 549 nəfər bəyənib. Bundan əvvəl Lionel Messi və Cristiano Ronaldonun Lois Vuitton kampaniyası üçün çəkilmiş birgə fotoşəkili də rekord sayda- 42 milyondan çox bəyənmə toplayıb.
 

Bununla belə, ən çox bəyənilən paylaşımın əsas rəqibi 2019-cu ildə təxminən 56 milyon bəyənmə alan adi bir yumurtanın fotosu olub.


"Dünya Çempionları! Mən bunu o qədər xəyal etdim ki, hələ də inana bilmirəm. Ailəmə, mənə dəstək olan və inanan hər kəsə səmimi qəlbdən təşəkkür edirəm. Biz bunu bacardıq!" - dünya çempionu paylaşıma imza atıb.

Şərhlərdə argentinalı məşhuru futbolçu Pele, dünyanın ən yaxşı məşqçilərindən biri Joze Mourinyo, əfsanəvi futbolçular Deko, Rivaldo və bir çoxları təbrik edib.



Xatırladaq ki, Lionel Messi 2022-ci il dünya çempionatının ən yaxşı futbolçusu seçilib.

 

Aysel

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...