Zorla övladlığa götürülən 16 yaşlı yeniyetmə Ukraynaya qaytarıldı

Mariupolun işğalından sonra ruslar tərəfindən zorla övladlığa götürülən 16 yaşlı yeniyetmə Ukraynaya qayıdıb.
Sfera.az bildirir ki, bu barədə Ukraynaməm Ombudsmanı Dmitri Lubinets məlumat verib.
Onun sözlərinə görə, işğaldan əvvəl Mariupolda yaşayan 16 yaşlı Sergey 8 aydan sonra Ukraynaya qaytarılıb.
Müharibədən bir müddət əvvəl yeniyetmə valideynlərini itirsə də, böyük bacısı ilə birgə yaşayıb. Mariupolun işğalından sonra 16 yaşlı Sergey Rusiyaya deportasiya edilib və orada “övladlığa götürülüb”. Yeniyetmənin yaşadığı ailənin üç öz və bir övladlığa götürülmüş övladı olub. "Yeni valideynlər" ilə 16 yaşlı Sergey danışmayıb.
Ombudsmanın qeyd etdiyi kimi, ailədə yeniyetmə ilə pis rəftar edilməyib.
"Mən Rusiyadan Ukraynaya qayıtmaq istəyirəm"-deyə yeniyetmə sosial şəbəkədə chatbotlardan birində yazıb. Yeniyetmə dekabrın 19-da sərhəddə qarşılanıb.
Sergeyi qarşılayanlar arasında UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri Murat Şahin də olub. O, uşağa dərs üçün noutbuk hədiyyə edib. Lubinets vurğulayıb ki, valideynlərini itirdikdən sonra onun bacısı yeniyetmənin rəsmi qəyyumuna çevriləcək.
"Ukraynalı gəncin qətiyyətinə və onun qarşısıalınmaz vətənə qayıtmaq istəyinə heyranam. Bu, ukraynalıların sahib olduqlarının nümunəsidir - yenilməzlik və əzmkarlıq. Onun hekayəsi azad olmaq, azad yaşamaq və azad insanların yanında olmaq uğrunda mübarizənin hekayəsidir”- deyə Ombudsman qeyd edib.
Qeyd edək ki, dekabrın əvvəlində də bəzi Ukraynalı uşaqların Luqansk vilayətindən Çeçenistana məcburi deportasiya edilməsi barədə məlumat yayılmışdı. Rəsmilərin bildirdiyinə görə, azyaşlı ukraynalılar “vətənpərvərlik tərbiyəsi” üçün zorla Ramzan Kadırovun zorla aparılıb.
O da bildirilib ki, Rusiya genişmiqyaslı işğal başladıqdan bəri 2,8 milyona yaxın ukraynalı ölkədən deportasiya edilib.
Aynil