Əfqanıstanda naməlum epidemiya - 80 nəfər yoluxdu, 2 uşaq öldü

Əfqanıstanın Şahcoy rayonundakı Zabula əyalətində naməlum xəstəlik epidemiyası qeydə alınıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə telekanallardan biri yerli səhiyyə direktoru Abdullah Hakim Həkiminin bəyanatına istinadən məlumat verib.
"İctimai səhiyyənin direktoru Zabula Abdul Hakim Hakimi Şahcoy rayonunda yüksək hərarət və burun qanamasının əsas əlamətləri ilə şübhəli xəstəliyin yayılması barədə məlumat verib"- bəyanatda deyilir.
Hazırda 80 nəfərin yoluxduğu, iki uşağın öldüyü bildirilir.
Xatırladaq ki, 2021-ci ilin avqustunda Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirib. Təcili olaraq diplomatik və humanitar missiyaların nümayəndələri ölkəni tərk ediblər. Bütün beynəlxalq tibbi yardım proqramları məhdudlaşdırılıb, nəticədə səhiyyə sektorunda kəskin böhran yaranıb.
“Euronews”un məlumatına görə, Əfqanıstanda lazımi şəkildə təchiz edilmiş xəstəxanalar yoxdur, uşaqlar lazımi tibbi yardım ala bilmirlər: 5 yaşınadək hər 1000 uşaqdan 50-si ölür.
Xatırladaq ki, Çində yeni COVID-19 epidemiyası da yayılıb. Bunun fonunda Çin hakimiyyəti karantin məhdudiyyətlərini sərtləşdirib, lakin bu, əhali arasında narazılığa səbəb olub və etirazlar başlayıb. Dekabrın 1-də isə Çinin Lançjou şəhərində etirazçılar karantin düşərgələrindən birini yandırıblar.
Xanım