Ukrayna Saakaşvilini qəbul etməyə hazırdır - Podolyak

Ukrayna Saakaşvilini qəbul etməyə hazırdır - Podolyak

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Gürcüstan hakimiyyətini gürcü siyasətçisi Mixail Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıb.



Sfera.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Podolyak öz Twitter səhifəsində yazıb.



"Tanıdığınız bir insanın necə öldüyünü canlı izləmək mümkün deyil. Sivil dünyanın gözü qarşısında Gürcüstanın və onun prezidentinin tarixinin necə öldürüldüyünü izləmək mümkün deyil"-deyə Podolyak yazıb.



Müşavir Gürcüstanı düzgün seçim etməyə və siyasətçini Ukraynaya köçürməyə çağırıb, orada ona təhlükəsizliyə və lazımi müalicəyə zəmanət verilə bilər.



Qeyd edək ki, həbsdə olan Mixail Saakaşvilinin vəkillərinin sözlərinə görə, o, həbs olunduqdan sonra zəhərlənib. Siyasətçinin vəkili Valeri Gelbaxiani dekabrın 19-da bildirib ki, Saakaşvilinin bütün xəstəlikləri zəhərlənmə əlamətləridir. Gürcüstanın keçmiş lideri özü də bu versiyaya inanır. Bundan əlavə, onun qanında civə və qurğuşun aşkar edimişdi. Gürcüstanda isə bunu orqanizmdən təmizləmək üçün texnologiya olmadığını bildirib.



Eyni zamanda Gürcüstan Penitensiar Xidməti Saakaşvilinin zəhərlənməsi ilə bağlı deyilənləri təkzib edib. İdarədən bildiriblər ki, siyasətçinin nümayəndələri bu iddiaları sübut edəcək sənədlər təqdim etməyiblər. Xidmət əlavə edib ki, Gürcüstanın sabiq prezidenti hazırda xəstəxanada həkim nəzarəti altındadır.



Həmçinin, Gürcüstan Penitensiar Xidməti Saakaşvilinin müalicə olunduğu klinikanın videosunu yayıb. Kadrlardan görünür ki, Saakaşvili özünü zorakı aparır və işçi heyətinə şiddət göstərir. Nazirliyin məlumatına görə, video Saakaşvilinin xəstəliyinin düzəldiyini sübut edir.


Daha əvvəl isə Şalva Xaçapuridzenin vəkili Saakaşviliyə vərəm və demensiya diaqnozu qoyulduğunu bildirib. O, ümumilikdə siyasətçidə 36 xəstəliyin təsdiq oluna biləcəyini də istisna etməyib.



Xatırladaq ki, 2021-ci ilin dekabrında həkim Mixail Saakaşvilinin xaricdə xəstəxanaya yerləşdirilmədiyi təqdirdə əlil ola biləcəyini demişdi. Bunu onun post-travmatik stress və ensefalopatiyaya malik olması ilə əlaqələndirmişdi.



Saakaşvilinin Ukraynaya təhvil veriləcəyi haqqında isə hələlik heç bir rəsmi məlumat verilməyib.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....