Bakıda ağır qəza, ölənlər var - Biri uşaqdır

Hadisə
18:15 / 20.12.2022
11471
Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “Vaz-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.