Rusiyada HƏYƏCAN TƏBİLİ: Yeni virus sürətlə YAYILIR
Rusiyada donuz qripi sürətlə yayılır.
Sfera.az bildirir ki, bu barədə Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) məlumat yayıb. Qeyd olunub ki, donuz qripi ölkənin 89 regionundan 86-da aşkar edilib.
“Davam edən respirator virusların strukturunda qrip virusları üstünlük təşkil edir - demək olar ki, 70 faizində.. Onlardan ən çox yayılmışı A (H1N1) virusudur (donuz qripi ştammı)”.
Xatırladaq ki, noyabrın sonunda Rusiyada donuz qripinin yeni ştamının ilk halları barədə məlumat yayılıb. Donuz qripi adi qripdən fərqli olaraq daha tez yayılır və çox yoluxucudur. Domodedovo Mərkəzi Şəhər Xəstəxanasının baş həkimi Andrey Osipov bildirib ki, hazırda qripə yoluxma hallarının artmasını epidemiya adlandırmaq olmaz.
Günay Rəsulqızı