“Bundan sonra evimizə qayıda bilmərəm, evlənək...” – Bəkarətini pozdu, sonra öldürdü

“Bundan sonra evimizə qayıda bilmərəm, evlənək...” – Bəkarətini pozdu, sonra öldürdü

1999-cu il təvəllüdlü Ayşən Qəhrəmanovanı bıçaqla qətlə yetirən 1991-ci  il təvəllüdlü Asif Manafov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

Sfera.az xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Asif Manafovun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

 

Qətl 2017-ci il, yanvarın 27-dən 28-nə keçən gecə Ağsu rayonunda törədilib.

 

İttihama görə, A. Manafov  A. Qəhrəmanova ilə 2016-cı ildə tanış olub və onunla dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Yanvarın 27-də görüşən cütlük bu dəfə mübahisəsiz ötüşə bilməyiblər. Belə ki, Asif həmin gün Ayşənlə təbii yola cinsi əlaqədə olaraq onun bəkarətini pozub. Bundan sonra Ayşən ona artıq yaşadığı evə gedə bilməyəcəyini,  onunla ailə həyatı qurmaq məcburiyyətində olduğunu, bu səbəbdən də onu öz evinə həyat yoldaşı kimi aparmasının vacibliyini deyib. Asif isə onu yüngül əxlaqlı biri kimi tanıdığından Ayşənin onunla ailə qurmaq təkidlərindən qəzəblənib. O, Ayşəni aldadaraq evlənmək məqsədilə onu öz xalasının evinə aparacağını deyib. Gecə saatlarında xalasıgilə qısa yoldan getmək bəhanəsi ilə yolu qəbiristanlıqdan salıb, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra isə 9 bıçaq zərbəsi endirərək Ayşəni qətlə yetirib. Daha sonra tanışını köməyə çağırıb və meyitin üzərini kolllarla örtərək qəbirstanlıq ərazisində gizlədib.

 

Qətlin ertəsi gün isə gecə saatlarında avtomobili ilə yenidən hadisə yerinə gəlib və meyiti oradan çıxararaq Ağsu rayonu ərazisindən keçən Baş Şirvan kanalının yaxınlığında qazdığı quyuda basdırıb.

 

Qətlin üstü 5 ildən sonra açılıb və 17 mart 2022-ci il tarixində Asif Manafov şübhəli şəxs qismində saxlanıldıqdan sonra törətdiyi əməli etiraf edib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...