Britaniyada dünyanın ən kiçik mobil evi yaradılıb - FOTO

Britaniyada dünyanın ən kiçik mobil evi yaradılıb - FOTO

Qəribə avtomobillərin yaradıcısı Endi Sonders 2008-ci ildə komandası ilə birlikdə unikal avtomobil evi tikib. “Van Keyk” layihənin tamamlanmasından 9 il sonra dünyanın ən alçaq avtomobil evi kimi tanınıb. Sonders qeyri-adi layihənin hekayəsini öz saytında paylaşıb.

 

Sfera.az bildirir ki, “Van Keyk”in hazırlanması cəmi üç gün çəkib. 

 

Avtomobil ev Saundersin 1980-ci il “Volkswagen Camper Van Type 25”ə əsaslanır. 

 

Ən bahalı və qeyri-adi mobil ev 11,5 milyon dollar dəyərində qiymətləndirilib.

 

Bu layihəni yaratmaq üçün furqonun bütün üst hissəsi kəsilib. Hündürlüyü kiçik olduğuna görə həvəskarlar avtomobilin dizaynında çoxlu dəyişikliklər etməli olublar. Məsələn, sükan mərkəzə köçürülüb. Sürücünün başı üzərində lyuk quraşdırılıb, avtomobil-evi idarə edən zaman başı çölə çıxarmaq lazımdır.

 

Sürücü oturacağı mümkün qədər aşağı endirilib və onun arxasında sərnişinlər üçün daha iki oturacaq quraşdırılıb. “Van Keyk”də gecələmək üçün döşək qoymaq kifayətdir.

 

Saunders, bir çox parça elementlərini karbon lifi ilə əvəz edərək, avtomobil evinin daxili hissəsini tamamilə dəyişdirməyi planlaşdırırıb. Lakin atasının ölümü ustanı sarsıdıb və bir il sonra bu əsərini hissələrə satıb.

 

“Van Keyk” işlək vəziyyətdə qalıb və 130 km/saat maksimal sürətə çata bilib. Yeni sahibi isə daha sonra bu qeyri-adi avtomobili London Avtomobil Muzeyinə satıb.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....