Alimlərdən dəbdə olan kosmetik prosedurun təhlükələri haqqında SOS ÇAĞIRIŞI

Alimlərdən dəbdə olan kosmetik prosedurun təhlükələri haqqında SOS ÇAĞIRIŞI

Bədənin bəzi nayihələrindən, xüsusilə üz-buxaqdan yağların çıxarılması yeni populyarlıq qazanmış bir prosedur deyil. Hollivud ulduzları illərdir üzün ovalını daha aydın etmək üçün bu estetik əməliyyata müraciət edirlər.
 

Əslində,buxaqdan yağın çıxarılması proseduru bir cərrahi prosedurdur, bu zaman üzün aşağı hissəsindəki yağ qatı çıxarılır- nəticədə yanaq sümükləri daha fərqli olur.
 

Sfera.az bildirir ki, plastik cərrah və piylənmə mütəxəssisi İra Saveçkinin sözlərinə görə, bu əməliyyat uzun illərdir mövcud olsa da, sosial medianın yaranması ilə yenidən gündəmə gəlib və populyarlaşıb. Yanaq yağının çıxarılmasının bu qədər populyarlaşmasının səbəbi çənə xəttinin daha da vurğulanmasıdır.
 

Prosedurun cəlbediciliyi həm də onun nisbətən sadə və ucuz olmasıdır – orta hesabla prosedur təxminən 20 dəqiqə çəkir və Nyu-Yorkda təxminən 5000 dollara başa gəlir, bu da həmin əməliyyatı etmək istəyənlərə daha cəlbedici görünür. Bununla belə, plastik cərrahlar xəbərdarlıq edirlər ki, zamanla gözlənilməz nəticələr yarana bilər.
 

Saveçkinin fikrincə, prosedurun əsas çatışmazlığı estetik baxımdan üzdəki piylərin çox qiymətli olmasıdır. Anatomiya və yaşlanma ilə bağlı araşdırmalar göstərir ki, biz yaşlandıqca üzdəki yağları itiririk. Nəticədə, daha gənc yaşda bu proseduru edənlər qocalanda ağır nəticələrlə üzləşə bilərlər: “Üz çox boş görünəcək".


Plastik cərrah onu da qeyd edir ki, prosedur üçün gələn beş nəfərdən yalnız biri əslində buna uyğun namizəddir. Savecki həmçinin qeyd edir ki, üzə sağlam yağ əlavə etmək proseduru daha bahalı və mürəkkəbdir və buna görə də gələcəkdə yağın çıxarılmasının nəticəsini düzəltmək olduqca problemli olacaq. Yəni, qocalmış üzə yağ və təbii yağdan olan dolğular daha çox pul tələb edəcək.
 

Plastik cərrahlar qeyd edirlər ki, hazırda prosedurun bu nəticələri haqqında az adam düşünür, lakin insanların belə müdaxilənin nəticələrinin demək olar ki, geri dönməz olduğunu başa düşmələri vacibdir. Buna görə də qərar verməzdən əvvəl iki dəfə düşünməyə dəyər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...