Adriana Lima üçüncü dəfə ana olduqdan sonra ilk dəfə podiuma çıxdı - FOTOLAR

Adriana Lima üçüncü dəfə ana olduqdan sonra ilk dəfə podiuma çıxdı - FOTOLAR

41 yaşlı braziliyalı supermodel Adriana Lima Qətərdə keçirilən Dünya Kuboku çərçivəsində keçirilən "Qatar Fashion United by CR Runway" şousunda iştirak edib.


Sfera.az bildirir ki, şoudan fotolar “Celebsfirst”də yayımlanıb.



Adriana dünyanın ən yüksək maaşlı və məşhur modellərindən biridir. O, hamiləliyi ilə əlaqədar işinə ara verdikdən sonra ilk dəfə podiuma çıxıb.



Adriana podiuma yarıqlı və köynəkli uzun libasdan ibarət ağ obrazda çıxıb.



Pərəstişkarları onun podiumda görünməsi ilə yanaşı, həm də doğuşdan sonra bədəni dəyişsə də, küçəyə çıxmaqdan çəkinməməsindən razı qalıb.



Xatırladaq ki, Adriana Lima bu ilin sentyabrında üçüncü dəfə ana olub və gözlərinin mavi-yaşıl rənginin şərəfinə Cian adını verdiyi oğlunu dünyaya gətirib. Bu model və onun sevgilisi Andre Lemmers ilk övladıdır. Limanın həmçinin keçmiş həyat yoldaşı, serb basketbolçu Marko Yariçdən iki qızı var - Valentina və Sienna.



Adriana hamilə ikən Rihannadan nümunə götürüb və aktiv həyat tərzi keçirib. Paltarları isə hər şəkildə onun hamiləliyini vurğulayıb.



O, amerikalı dizayner Alexander Wangın moda nümayişində və Kann festivalında iştirak edib.

 

Xanım


 


OXŞAR XƏBƏRLƏR

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...