“Ümid edirik ki, Vaşinqton bizi eşidəcək” – Mariya Zaxarova

“Ümid edirik ki, Vaşinqton bizi eşidəcək” – Mariya Zaxarova

“Vaşinqtonun təhlükəli siyasəti ABŞ və Rusiyanı birbaşa qarşıdurma astanasına gətirir”.

Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat vurğulayıb ki, Əfqanıstandakı fiaskodan sonra Vaşinqton Kiyevdəki neonasist rejiminə maliyyə dəstəyi verməklə, həmçinin hərbi mövcudluğunu artırmaqla yeni münaqişəyə cəlb olunur.

 

Zaxarova əlavə edib ki, Moskva öz növbəsində Co Bayden administrasiyasını vəziyyəti ayıq şəkildə qiymətləndirməyə çağırır.

 

“Ümid edirik ki, Vaşinqton bizi eşidəcək, baxmayaraq ki, hələlik optimizm üçün əsas yoxdur. Rusiya gərginliyin azaldılmasında və qarşılıqlı olaraq dinc yaşamaq prinsiplərinin razılaşdırılmasında maraqlıdır. Biz Birləşmiş Ştatlarla müxtəlif səviyyələrdə ünsiyyətdən imtina etmirik. Lakin ən azı minimal irəliləyiş üçün bizə siyasi iradə, açıq düşüncə və vicdanla danışıqlara hazırlıq tələb edən addım lazımdır. Bu isə indi Vaşinqtonda tamamilə yoxdur”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...