İqtisadiyyatın bu sahəsində durğunluq aradan qalxır: 9 illik geriləməni artım əvəzləyəcək 

İqtisadiyyatın bu sahəsində durğunluq aradan qalxır: 9 illik geriləməni artım əvəzləyəcək 

Azərbaycanda əsas kapitala sərmayə qoyuluşunda 9 illik fasilədən artım qeydə alınacaq. Ölkəmizdə əsas kapitala sərmayə qoyuluşunda sonuncu dəfə 2013-cü ildə artım olmuşdu. Sonrakı illərdə isə sərmayə qoyuluşu davamlı azaldı. Yanvar-noyabr aylarına aid olan məlumata əsasən, bu il sərmayə qoyuluşu 8,2 faiz artaraq 13,054 milyard manat olub.

 

Sfera.az xatırladır ki, 9 il əvvəl, yəni 2013-cü ildə əsaslı kapital qoyuluşu 15,1 faiz artmışdı. Daha sonra hər il investisiyaların həcmində azalma baş verib.

 

Ötən il investisiyaların həcmi daha 8,2 faiz azalıb. Əsas kapitala sərmayə qoyuluşunda davamlı azalma 2 səbəblə bağlıdır.

 

Birinci səbəb neft-qaz layihələrində əsaslı işlərin həcminin azalmasıdır.

 

İkinci səbəb isə dövlət büdcəsinin xərc strukturunda ciddi dəyişikliyin olmasıdır. 2013-cü ildən sonra dövlət büdcəsinin xərclərində dəyişiklik edildi. Həmin ilə kimi büdcə vəsaitinin təxminən yarısı əsaslı xərclərə yönəldirilirdisə, 2014-cü ildən sonra tədricən əsaslı xərclərdə azalma, cari xərclərdə artım baş verdi. Hər iki səbəbin təsiri ilə uzun müddət əsas kapitala sərmayə qoyuluşu azaldı. 2022-ci ildə sərmayə qoyuluşunun yenidən artmasında büdcədən əsaslı vəsait qoyuluşu xərclərinin artmasının böyük rolu var.

 

Bu il büdcədən sərmayə qoyuluşu 60,4 faiz artıb. Büdcə vəsaiti ilə yanaşı əhalinin şəxsi vəsaitləri də artıb (16,2 faiz). Həm büdcə, həm də şəxsi vəsaitlər hesabına əsas kapitala investisiya qoyuluşu 8 faizdən çox artıb. Bu il əsaslı investisiya qoyuluşunun daha çox artması imkanı var idi. Lakin neft-qaz sektoru üzrə investisiyaların 24,5 faiz azalması ümumi artımı zəiflədib. Dövlət büdcəsindən əsaslı investisiya qoyuluşunun artmasında Qarabağın bərpası ilə bağlı xərclərin həcmi böyük paya sahibdir.

 

Bu il bərpa layihələrinə 3 milyard manat xərclənməsi nəzərdə tutulub.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...