Canlı yayımda imamı döydülər - VİDEO
Cəmiyyət
16:38 / 29.09.2016
1794
Misirdə vəkil Nebih el-Vaş və imam Mustafa Raşidin qonaq olduğu verilişdə gözlənilməz hadisə baş verib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İslam haqqında fərqli düşüncə və fikirlərə sahib olan imam "Hicab dini bir vəzifə deyil, mədəni simvoldur" deyib. Bundan sonra vəkil ayaqqabısını çıxararaq imamı döyməyə başlayıb. Qonaqlar kanal əməkdaşlarının müdaxiləsindən sonra sakitləşiblər.