Azərbaycanlı qız Türkiyə telekanallarını bir-birinə qatdı - FOTO

Azərbaycanlı qız Türkiyə telekanallarını bir-birinə qatdı - FOTO

Türkiyədə azərbaycanlı "gözəlçə" iki telekanalı bir-birinə vurub.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, aktrisa Zühal Topalın evlənmə proqramına qatılan azərbaycanlı Naz Mila adlı xanım sonra digər telekanalda müğənni Seda Sayanın aparıcısı olduğu "Evlənəcəksən, gəl" verilişində görünüb. Burada efirə cəmi bir gün çıxdıqdan sonra yenidən əvvəlki evlənmə proqramına qayıdıb.

Lakin onun hansı səbəbdən proqramdan gedib sonra qayıtması məlum deyil.

Azərbaycandan Türkiyəyə gələn Naz ötən mövsümdə proqrama qatılıb və orada namizədlərdən biri olan Kərəmlə bir müddət sevgi yaşayıb. Lakin sonralar araları dəyib və Kərəm proqramı tərk etsə də, Naz Mila orada qalaraq yeni namizədlərini gözləyib. Son günlərdə isə rəqs müəllimi Baha ilə sevgi yaşadıqları bildirilir.

Keçmiş sevgilisindən bir uşağı olan bu iştirakçı lüks həyatı ilə də diqqəti çəkir.

"Evlənəcəksən, gəl"i tərk edən iştirakçının digər kanala qayıtması ilə bağlı Seda Sayan heç bir açıqlama verməyib.

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada hakimiyyət dəyişməlidir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb.   Sfera.az APA-ya isinadən xəbər verir ki, Z...

Zəkanın formalaşmasında anaların rolu daha güclüdür - ARAŞDIRMA

Alimlər insan intellekti ilə bağlı genlərin böyük hissəsinin X xromosomundan gəldiyini düşünürlər. Qadınlar iki X xromosomu daşıdıqları üçün analar bu genləri ö...

Instaqramda tanıdı, indi evlənir - Yeni evlilik trendi

İllər keçdikcə texnologiyanın inkişafı ilə yanaşı, düşüncə tərzi və mental dəyərlər də dəyişir. Bu dəyişikliklər insanların tanışlıq və evlilik standartlarına d...

Dünyanın ən güclü valyutaları - Əksəriyyəti kiçik ölkələrindir

Dünyada bir çox valyutalar dəyər itirərkən, dünyanın ən bahalı pul vahidi Yaxın Şərqin kiçik, lakin zəngin dövləti olan Kuveytə məxsus Kuveyt dinarı (KWD) olub....

Evlənmək üçün Azərbaycana gəlmək istədi, saxlanıldı

Türkiyədən Azərbaycana evlənmək məqsədilə gələn şəxs sərhəddə yaxalanıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, 1996-cı ildə Türkiyənin Iğdır ...

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən b...